Biz kimik?

 

“G&I Training Academy” Məhdud Məsuliyyətli Cəmiyyəti 2010-cu ildə hüquqi şəxs kimi dövlət qeydiyyatından keçmiş, İSO 9001:2015 Keyfiyyəti İdarəetmə Sistemi üzrə sertifikatlaşdırılmış professional təlim və konsultasiya mərkəzidir.  

 

Təlim Mərkəzi fərdi və korporativ müştərilərə "Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi (SƏTƏM /HSE)", "BiznesŞəxsi bacarıqların inkişafı", "Yükqaldırma əməliyyatlarının və Sənaye Texnikalarının təhlükəsizliyi" mövzularında ixtisaslaşmış təlim və konsultasiya xidmətləri göstərir.

 

XİDMƏTLƏRİMİZ:

 

TƏLİM XİDMƏTLƏRİ: 

     IOSH Təhlükəsiz İdarəetmə Kursu |  IOSH Managing Safely course

     Riskin və Əməyin Təhlükəsizliyinin İdarə olunması üzrə Beynəlxalq İnstitut təsdiqli təlimlər

     IIRSM - International Institute of Risk and Safety Management təsdiqli təlimlər

     Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi üzrə ümumi təlimlər / Fövqəladə Hallar - FHN təsdiqli

     SƏTƏM Mütəxəssisi hazırlıq kursu

     Əməyin Mühafizəsi üzrə İdarəetmə təlimləri

     Hündürlükdə iş üzrə təlimlər - Fövqəladə Hallar FHN təsdiqli

     Ətraf Mühitin İdarə olunması üzrə təlimlər

     Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikasının təşkil edilməsi üzrə təlimi

     Qida Təhlükəsizliyi üzrə təlimlər

     Mühafizəçilər üçün təlim kursları

     Fövqəladə hal zamanı xilasetmə təlimləri

     Yükqaldırma (Lifting) / FHN təsdiqli 

     Sənaye Texnikaları (Kran operatoru, Avto səbət, Çəngəlli yükqaldırıcı) üzrə Operator təlimləri / FHN təsdiqli

     Taxtabənd / Dəmirbənd və Taxtabənd İnspektoru -  FHN təsdiqli

     Mühəndislik kursları

     Liderlik və şəxsi inkişaf təlimləri

     Biznes və Menecment təlimləri

     İSO Beynəlxalq Standartlar üzrə təlimləri

 

 

KONSULTASİYA XİDMTƏLƏRİ:

Yerli qanunvericiliyin və Beynəlxalq standartların tələbinə əsasən

       Əməyin Mühafizəsi üzrə işlərin təşkili

       SƏTƏM üzrə Audit və təftişlərin aparılması 

       İş yerilərinini Attestasiyasının keçirilməsi

       Bədbəxt hadisələrin, qəzaların araşdırılması və təhlil olunması 

       SƏTƏM üzrə prosedurların hazırlanması

       İş yerində Tapşırılqar üzrə Risklərinin Qiymətləndirilməsi   

       ISO Beynəlxalq İdarəetmə Sistemlərinin yaradılması

 

SƏTƏM-lə bağlı profilinə bu linkdən baxa bilərsiniz.

 

Şirkətimizin ekspertləri peşəkar bacarıqların artırılması, Layihələrin  hazırlanması, planlaşdırılması, idarə olunması və Menecment sahəsində  20 ildən çox peşəkar təcrübəyə malikdirlər. 

 

Missiyamız

Mülkiyyət formasından asılı olmayaraq bütün müəssisələrə fəaliyyət effektivliyinin artırılması üçün düzgün idarəetmə və planlaşdırmada köməklik etməkdən ibarətdir. 

 

Məqsədimiz

Keyfiyyətli və peşəkar Təlim və Konsaltinq xidmətləri göstərməklə müştərilərin məmnuniyyətini qazanmaqdır. 

 

Vizionumuz

Bütün şirkətlərdə məsəhətlərimizin faydasını görmək və lider konsaltinq təşkilata çevirməkdən ibarətdir.

 

Müştərilərimiz

Yerli və xarici müəssisələr, həmçinin dövlət, özəl sektor və fərdi sahibkarlar. 

 

“G&I Training Academy” seçməklə siz problemlərinizin tez və effektiv həllinə nail olacaq, fərdi yanaşma və tələblərinizə uyğun qiymət siyasəti əldə edəcəksiniz.

 

 

                                                                        Dəyərlərimiz

 

                  “G&I Training Academy” öz fəaliyyətini aşağıdakı dəyərlər üzərində qurur.
 

Peşəkarlıq

Fəaliyyətini yuksək peşəkarlıq səviyyəsində,texniki potensiala, təcrübəyə, bilik və bacarıqlara söykənərək yerinə yetirmək.

 

Səmərəlilik

Malik olduğu resursları qənaətlə istifadə etmək.

 

Keyfiyyətlilik

Beynəlxalq standartlara uyğun yüksək keyfiyyətli məhsul və xidmətləri təqdim etmək

 

İnnovativlik 

Yenilikləri, davamlı təkmilləşməni və təşəbbüskarlığı stimullaşdırmaqla daim mükəmməlliyə doğru çalışmaq.

 

Əməkdaşlıq 

İşguzar fəaliyyətə hər zaman daxili və xarici tərəf-müqabilləri ilə əməkdaşlığı təşviq etmək.

 

Komanda ruhu

Daxili kommunikasiya və əməkdaşlığı təşviq edən sağlam mühit formalaşdırmaq.

 

Şəffaflıq 

Fəaliyyəti şəffaf və cəmiyyətə açıq şəkildə həyata keçirmək.

 

Ətraf mühitin mühafizəsi

Fəaliyyətin təşkili zamanı ətraf mühitin mühafizəsi ilə bağlı tələblərə və normalara ciddi riayət etmək, ekoloji standarları təşviq etmək.

Konsaltinq Xidmətləri
    Təlimlər / Trainings
    Əlaqə / Contact
    • E-mail: info@gigroup.az
    • Ünvan: "SAT Plaza" Biznes Mərkəzi, Bəşir Səfəroğu küçəsi 133, Bakı şəhəri, Azərbaycan AZ 1009
    • Telefon: +994 55 687 80 35