Biznes və Menecment təlimləri

Menecment – idarəetmənin iqtisadi mexanizminin üsul, prinsip və funksiyalarını tətbiq etməklə, material, əmək və maliyyə ehtiyatlarından səmərəli istifadə etmək yolu ilə, bazar şəraitində istənilən fəaliyyət növü ilə məşğul olan firmanın qarşısına qoyduğu məqsədə nail olması üçün həyata keçirilən peşəkar fəaliyyət növüdür. Deməli, qısa desək menecment – bazar iqtisadiyyatı, bazar və rəqabət şəraitində idarəetmədir və aşağıdakı məsələlərin həllini nəzərdə tutur:

  1. nəzərdə tutulan qədər mənfəət əldə etmək üçün, firmanın fəaliyyətini bazarın tələb və təklifini, həmçinin konkret istehlakçının tələbatını ödəyə biləcək əmtəələrin istehsalına və xidmətlərin göstərilməsinə yönəltmək;
  2. istehsal məsrəflərini azaltmaqla mütəmadi olaraq istehsalın səmərəliliyinin yüksəldilməsinə çalışmaq;
  3. firmanın və onun istehsal bölmələrinin səmərəli fəaliyyətinə birbaşa məsul olan şəxslərə təsərrüfat fəaliyyətində müstəqillik vermək;
  4. hüquq və səlahiyyətlərin vəhdətini və bərabərliyini təmin etmək;
  5. bazarda tələb və təklifin vəziyyətindən və məqsədli bazarın konkret əmtəə və xidmətlərə olan münasibətindən asılı olaraq nəzərdə tutulan məqsəd və proqramlara düzəlişlər etmək;
  6. əsaslandırılmış idarəetmə qərarlarının qəbul olunması üçün müasir məlumat bazası və kompüter texnikasından geniş istifadə etmək;
  7. optimal qərarlar qəbulu üçün cox variantlı hesablamaların aparılmasını təmin etmək;
  8. idarəetmə əməkdaşlarının əməyinin səmərəsini yüksəltmək məqsədilə onun avtomatlaşdırılması və mexanikləşdirilməsi səviyyəsini yüksəltmək;
  9. firmanın öz məqsədinə nail olması üçün bütün səviyyələrdə idarəetmə aparatına peşəkar və rəhbərlik edəcəyi sahədə işin təşkili üçün zəruri bilik və təcrübəyə malik, ümumilikdə idarəetmənin başlıca funksiya və metodları ilə tanış olan kadrlar seçmək;
  10. firmanın texniki və texnoloji səviyyəsini daim təkmilləşdirmək, yeni və modernləşdirilmiş əmtəələr istehsalına nail olmaq üçün, elmi-texniki tərəqqinin son nailiyyətlərini daimi olaraq istehsala tətbiq etmək;
  11. material, əmək və maliyyə ehtiyatlarının optimal sərfinə nail olmaq yolu ilə, firmanın qarşısında duran ümumi məqsədinə çatması üçün əməyin kooperasiyasının təşkil olunmasına obyektiv zəruri təsir göstərmək.

“Menecment”, “menecer” terminləri planlı təsərrüfat sistemində işlədilən “idarəetmə”, “idarəetmə fəaliyyatı”, “rəhbər”, “direktor” terminlərinin analoqu olmaqla, bazar iqtisadiyyatı ilə idarə olunan təsərrüfat komplekslərinə aiddir.

“Menecment” termini “idarəetmə” termininin xüsusi halı olmaqla bazar şəraitində sosial iqtisadi proseslərin idarə edilməsində istifadə olunur. Deməli, “idarəetmə” daha geniş əhatə dairəsinə malik olmaqla, təbiətdə baş verən fiziki və insan fəaliyyətinin bütün növlərinə aid olan proseslərin idarə edilməsini də nəzərdə tutur.

 

 "G&I Consunting Group" Təlim və Konsultasiya Mərkəzi “Təchizat Zəncirinin İdarə Edilməsi” (Supply Chain Management) Praktiki Təlim kursu elan edir.
 
Təlim kursu kimlər üçün nəzərdə tutulur?
Logistika sahəsiz üzrə mütəxəssislər Anbardarlar Satınalmalar üzrə mütəxəssislər Dağıtım üzə mütəxəssislər Karyerasını bu sahədə yeni qurmaq istəyən şəxslər
 
Təlim kursu 26 mövzudan ibarətdir.  Ümumilikdə təlim kursunun müddəti 40 saatdır.
 
Kurs aşağıdakı mövzulardan ibarətdir:
 
Mövzu 1. Təchizat zəncirinin qurulması.
Təchizat zənciri haqqında ümumi anlayış Alış proseslərin zaman etibarilə ölçülməsi Sərfiyyat proseslərinin zaman və miqdar olaraq ölçülməsi JİT (Just İn Time) əsaslı təchizat sisteminin qurulması Optimal stok modelinin qurulumsaı Minimum stok miqdarının təyin edilməsi Minim Daha ətraflı
“G&I CONSULTING GROUP”  Proclaims training on the Project Management Essential base on practical and theoretical approach in accordance with professional qualifications.
 
TRAINING OBJECTIVE ✍ This course introduces project management concepts and sets a baseline for understanding terminology. It provides you with techniques to effectively manage and participate in small, low risk projects. Participant will learn to apply elemental basics of project management to their work and create action plans for on-the-job application.
Project Management Essentials cuts through all the project management jargon and equips you with simple, yet powerful techniques that you will be able to apply immediately in the work place. These techniques will increase your effectiveness and efficiency, while reducing the stress as you plan, organize and control business projects.
 
WHAT YOU WILL LEARN✍ Participating in the training, you will be able to:  L Daha ətraflı