Qumlama və Boyama | Sand Blasting and Painting

"G&I Consulting Group" Təlim Mərkəzi  "BGAS Painting Inspection" materialları əsasında "Qumlama və Boyama" (Sand Blasting and Painting) mövzusunda nəzəri və praktiki təlim kursları elan edir. 

 

Təlimin məqsədi: Qumlama və Boyama sahəsində çalışan işçilərin bilik və bacarqılarının artırılması. 

 

Təlim kimlər üçün nəzərdə tutulub: Qumlama və Boyama peşəsi üzrə çalışan və çalışmaq istəyənlər namizədlər üçün. 

 

Təlim 2 hissədən ibarətdir: Nəzəri və Praktiki (əməli) 

 

Mövzular: 

Nəzəri hissə

  • Giriş
  • Korroziyaya (paslanmaya) nəzarət
  • Metal səth hazırlığı
  • Qumlama avadanlıqları və onun hissələri
  • Su şırnağı ilə metal səth təmizliyi
  • Əl və elektrik alətləri ilə metal səth təmizliyi
  • Qumlar (abrazivlər) və onların xüsusiyyətləri
  • Standartlar (NACE SSPC-SP)
  • ISO 8501 SA – 1 (Corrosion Protection of Steel Structures by Painting)
  • Boya və onun xüsusiyyətləri
  • Hava şəraiti
  • Boyanın qarışdırılması
  • Boyanın vurulması
  • Təhlükəsizlik qaydaları 
  • Fərdi Mühafizə Vasitələrindən istifadə 
  • Nəzəri hissənin Qiymətləndirməsi (imtahan)

Praktiki hissə:

  • Praktiki hissənin keçirilməsi. 
  • Praktiki hissənin qiymətləndirilməsi

 

Təlim müddəti: Yeni başalyanlar (təcrübəsizlər) üçün 3 gün. Nəzəri hissə 15 saat, Praktik hissə 8 saat.

                           Təcrübəli işçilər üçün 2 gün  Nəzəri hissə 10 saat, Praktik hissə 8 saat.

 

İştirakçı sayı: Minimum 3 nəfər – maksimum 12 nəfər

 

Təlimin keçirildiyi dil: Azərbaycan, İngilis və Rus dili

 

Təlimi müvəffəqiyyətlə keçmiş iştirakçıya SERTİFİKAT təqdim olunur.