Əməyin mühafizəsi üzrə Mütəxəssislərin hazırlanması kursu

"Əməyin mühafizəsi üzrə Mütəxəssislərin hazırlanması" kursu bu sahədə peşəkar karyera qurmaq arzusunda olan HƏR KƏS (0-dan başlayanlar) üçün nəzərdə tutulur.

 

"Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi (SƏTƏM)"  Təlim kurslarının Tədris Metodikası "Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi" tərəfindən razılaşdırılmışdır. Bununla bağlı web saytımızda bu linkdən baxa bilərsiniz.

 

KURSDAN ƏLDƏ EDƏCƏKLƏRİNİZ:

  • Əməyin mühafizəsi sahəsində nəzəri və praktiki bilik/bacarıqlar;
  • Yerli və Beynəlxalq qanunvericiliyin tələbləri;
  • İş yerlərində Təhlükələrin müəyyən olunması və Riskin qiymətləndirilməsi;
  • SƏTƏM sahəsində sənədləşmənin tərtib olunması və vəzifə öhdəliklərinin öyrənilməsi;
  • İşə götürənlərin Əməyin mühafizəsi ilə bağlı tələblərinin öyrənilməsi;
  • Karyera planlaması və uğurlu iş müsahibəsinin yolları haqqında prkatiki bacarıqlar;
  • SƏTƏM sahəsində iş tapmaqda və bu sahədə karyeranızın yüksəlməsinə sahib olacaqsınız.

 Xülasə Siz bu Təlim kursunda iştirak etməklə Əməyin mühafizəsi Mütəxəssislərinə tələb olunan bilik və bacarıqları praktiki olaraq əldə edəcəksiniz.


TƏLİMÇİLƏR 

Kursu tədris edən Təlimçilər 20 ildən çox SƏTƏM/HSE sahəsində Beynəlxalq iş təcrübəsi olan professional Mütəxəssislər / Mühəndislər tərəfindən keçirilir. 

 

KURSUN PROQRAMI

Tədris proqramı: 10 Moduldan və Praktiki hissədən ibarətdir. Hər modul üzrə 3 saatlıq nəzəri və praktiki Təlim keçirilir. 

 

KURSUN MÜDDƏTİ:  2 ay / 45 saat. Kurslar həftə içi və həftə sonu axşam saatlarında (19:00-dan 22:00)-dək keçirilir. 

 

KURSUN METODİKASI / KURS MATERİALLARI

Kursun metodikası yerli qanunvericiliyin və Beynəlxalq standartların tələblərinə əsasən hazırlanmışdır:

  •  Azərbaycan Respublikasının qanunvericiliyi (Əməyin mühafizəsi üzrə)
  •  NEBOSH / Peşə Təhlükəsizliyi və Sağlamlıq üzrə Milli İmtahan Komitəsi/Şurası
  •  IOSH / Peşə Sağlamlığı və Təhlükəsizliyi İnstitutu (Institution of Occupational Safety and Health)
  •  British standards BSI (Occupational Health and Safety Executive)

 

Kursun Proqramına daxildir:

  •   Dərslik (handout) vəsaitləri, elektron kitablar, təlimatlar və videolar
  •   İstifadə olunan sənəd nümunələri
  •   Praktiki çalışmalar

 

KURS MÜDDƏTİNDƏ TƏDRİS OLUNACAQ MÖVZULARIN GENİŞ TƏSNİFATI:

 

 1-ci Modul. SƏTƏM İdarəetmə Sistemi.

  • SƏTƏM haqqında ümumi məlumat və əsas anlayışlar 
  • Beynəlxalq və yerli qanunvericiliyin tələbləri
  • İşəgötürənin və İşçilərin SƏTƏM-ə dair öhdəlikləri 
  • Beynəlxalq standartlar. ISO 9001, ISO 14001, ISO 45001 (Peşə sağlamlığı və Əməyin təhlükəsizliyi İdarəetmə sistemi standartı)
  • SƏTƏM İdarəetmə Sistemi və elementləri 
  • SƏTƏM Siyasəti 
  • Təşkiletmə
  • Planlaşdırma və icraetmə 
  • Fəaliyyətin qiymətləndirilməsi 
  • Audit (Yoxlama)
  • Fəaliyyətə nəzarət 
  • Təhlükəsizlik Mədəniyyəti. Davranışa əsaslanan Təhlükəsizlik.

 

 2-ci Modul. İşə Nəzarət və İşin İcrasına İcazə.

  • Təhlükəsiz iş Sistemi 
  • İşə Nəzarət 
  • İşə İcazə Sistemi 

 

 3-cü Modul. Təhlükələrin müəyyən olunması və Riskin qiymətləndirilməsi.

  • Təhlükələrin müəyyən olunması və Riskin qiymətləndirilməsi 
  • Nəzarət Tədbirlərinin İyerarxiyası

 

 4-cü Modul. İş yerində olan əsas Təhlükələr və Nəzarət tədbirləri. 1-ci hissə.

  • İş yerində olan əsas təhlükələr 
  • Qapalı sahəyə Giriş 
  • Hündürlükdə iş üzrə texniki təhlükəsizlik qaydaları
  • Əl ilə yükdaşıma qaydaları
  • Yanğın təhlükəsizliyi və Yanğınla ilkin mübarizə tədbirləri (Yanğın nəzarətçisi) 
  • Elektrik təhlükəsizliyi və Enerjinin təcrid olunması, Qıfıllama və Yarlıq Asma (LOTO) Sistemi
  • Qazıntı təhlükəsizliyi

 

 5-ci Modul. İş yerində olan əsas Təhlükələr və Nəzarət tədbirləri. 2-ci hissə.

  • Yükqaldırma əməliyyatlarının təhlükəsizliyi
  • Azbest təhlükəsizliyi
  • Azot təhülkəsizliyi 
  • Ofis Təhlükəsizliyi və Erqonomika 

 

 6-ci Modul. Bədbəxt Hadisələrin / Qəzaların araşdırılması və məruzə edilməsi

  • Qanunvericiliyin tələbləri - İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 28 fevral tarixli, 27 nömrəli qərarı)
  • Bədbəxt hadisələrin araşdırılması 
  • Bədbəxt hadisələrin qeydiyyatı 
  • Bədbəxt hadisələrin məruzə edilməsi 

 

 7-ci Modul. İlkin yardımın əsasları.

  • İlkin xilasetmə tədbirləri

 

 8-ci Modul. Sağlamlıq üçün Təhlükəli Maddələrə Nəzarət. 

  • Təhlükəli Maddələr 
  • Təhlükəli Maddələrin sağlamlığına təsirləri 
  • Materialın Təhlükəsizliyi barədə Məlumat Vərəqəsi (MSDS)
  • Sağlamlıq üçün təhlükəli maddələrə nəzarət
  • Riskin Qiymətləndirilməsi 

 

 9-cu Modul. Ətraf Mühitin İdarəedilməsi.

  • Ətraf Mühitin İdarəedilməsi 
  • Tullantıların idarəedilməsi 

 

 10-cu Modul. SƏTƏM üzrə Audit, yoxlamalar. 

  • SƏTƏM üzrə Audit
  • İş yerinin gündəlik, həftəlik, aylıq, rüblük və illik (ümumi və detallı) yoxlamalar (inspeksiyalar) 


 

Kurs Azərbaycan dilində tədris olunur.

Kursun sonunda iştirakçıların bilikləri qiymətləndirilir və SERTİFİKAT təqdim olunur.

 

 

QEYDİYYAT - Əlaqə

  Mobil: +994 55 687 80 35             

                  +994 51 687 80 35         

 

 +994 55 687-80-35  

 

E-mail: info@gigroup.az    

 

Ünvan: "SAT Plaza" Biznes Mərkəzi, Bəşir Səfəroğu küçəsi 133, Bakı şəhəri. (Şahmat klubunun - məktəbinin yanı)

 

 

 

NƏALİYYƏT VƏ UĞURLARIMIZ:

SƏTƏM Mütəxəssisi hazırlıq kursunun məzunları "SOCAR" (Azərbaycan Dövlət Neft Şirkəti), "Great Wall Drilling Company Limited", "Gilan Holding", "Gilan Beton", "Azfen BM", "SOCAR Karbamid zavodu", "ÜSTAY Construction-Contracting and Trading Company", "Veysəloğlu Şirkətlər Qrupu", "SAMSUNG Engeneering", "STP - Sumqayıt Texnologiyalar Parkı", "North West Constraction", "Azərtexnolayn", "AZƏRGOLD QSC", "Təmiz Qaz QSC",  "Prokon", "Terra Group", "Best-Baku Electromechanical Systems & Trade  LTD", "Management Constraction & Mounting MCM", "AAC" MMM Muasir Tikinti Materiallar Zavodu, "Hidro İnşaat Servis", "Azqur İnter", "Qafqaz-Qəbələ -Tuandağ", "Qafqaz Tufandag Mountain Resort",  “AccessBank” QSC,  “AZƏRŞƏKƏR” MMC, “İCE DESİGN” MMC, "ASTexnoServis", "Nəzarət Ölçü Cihazları və Avtomatika " MMC,  və "Tunel Tikinti Servis" MMC-də kimi şirkətlərdə "Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası" üzrə Mühəndis və Menecer kimi çalışırlar.

Konsaltinq Xidmətləri
    Təlimlər / Trainings
    Əlaqə / Contact
    • E-mail: info@gigroup.az
    • Ünvan: "SAT Plaza" Biznes Mərkəzi, Bəşir Səfəroğu küçəsi 133, Bakı şəhəri, Azərbaycan AZ 1009
    • Telefon: +994 55 687 80 35