Beynəlxalq Standartlar üzrə Auditlər

"G&I Training Academy" müəssisələrdə Beynəlxalq Standartlar üzrə Auditlərin keçirilməsi xidmətlərini təklif edir. 

  • ISO 9001:2015, ISO 14001:2015, ISO 45001:2018, ISO 10002:2018, ISO 10005:2018, ISO 22000:2018, API Q 1/Q2, GMP, GHP Standartlarının tətbiqi üzrə Auditlərin keçirilməsi
  • Beynəlxalq standartlar üzrə Boşluq analizinin keçirilməsi (GAP Analysis) 
  • Beynəlxalq Standartların tələbinə uyğun Sistemlərin qurulması, tətbiq olunması üçün məsləhət (konsaltinq) xidmətləri. 

 

İdarəetmə sistemlərinin qurulmasına daxildir:

  • Müəssisənin təşkilati strukturunun hazırlanması
  • Daxili nəzarət sisteminin təşkili
  • Vəzifə peşə təlimatlarının hazırlanması
  • İSO tələblərinə əsasən sənədlərin hazırlanması və tətbiq olunması
  • İşçilərin maarifləndirilməsi
  • Monitorinqlərin aparılması
  • Daxili auditin aparılması
  • Xarici audit zamanı köməklik göstərilməsi 

 

İcbari audit

  • ASC-lər, banklar, kredit büroları, kredit, klirinq, sığorta təşkilatları, sığorta cəmiyyətləri, investisiya fondları, mal və fond birjaları üçün;
  • Məhdud məsuliyyətli cəmiyyətlər;
  • Qiymətli kağızları fond bazarında dövriyyəyə buraxılmış təşkilatlar üçün;
  • Qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının təşkilatları üçün;
  • Mühasibat/maliyyə icmal hesabatları dərc edən müəssisələr üçün;
  • Qanunla nəzərdə tutulmuş digər hallarda.

 

Ümumi audit

  •  Ümumi audit tərifinə kredit təşkilatları (banklar, sığorta təşkilatları) istisna olmaqla, istənilən mülkiyyət formalı və istənilən fəaliyyət növü ilə məşğul olan müəssisələrin “Auditor fəaliyyəti haqqında” Qanunda nəzərdə tutulmuş auditor yoxlaması aiddir.
  • Məqsəd sadəcə nöqsanları aşkar etmək deyil, həm də onların aradan qaldırılması üzrə optimal tövsiyələr hazırlamaqdır.
  • Beynəlxalq Maliyyə Hesabatı Standartları və US GAAP üzrə hesabatların transformasiyası və konsolidasiyası

Hesabatları beynəlxalq standartlara uyğunlaşdırmalı olanlar üçün aşağıdakı imkanları yaradır:

  • Şirkətin investisiya cəlbediciliyini artırmaq;
  • Banklar üçün icbaridir;
  • Beynəlxalq bazara çıxmaq;
  • Xarici banklardan kredit almaq;
  • Biznes idarəetməsinin səmərəliliyini artırmaq;
  • BMHS üzrə uçot aparılması ilə bağlı əlavə xərclərdən (məsələn, xüsusi proqram təminatı alışı və mühasibat ştatının genişləndirilməsi kimi) uzaq olmaq.