Menecment Həlləri

Təklif etdiyimiz həllər

Biznes Proseslərinin İdarə edilməsi
Biznes proseslərinin idarə edilməsi (BPM) xidmətimiz müştəri təcrübəsi əsaslı idarəetmənin təkmilləşdirmək kimi strateji biznes məqsədlərinizə çatmağa kömək edə bilən biznes proseslərinin modelləşdirilməsi, təhlili və optimallaşdırılmasını əhatə edir. BPM metodologiyasını tədbiq etməklə sizlər tez-tez təkrarlanan, davam edən və ya proqnozlaşdırıla bilən tapşırıq və proseslərin avtomatlaşdıraraq biznesinizin səmərəliliyini artıra, və ya xərcləri azalda bilərsiniz. 
Agile Metodologiyasının tətbiqi
Agile Metodologiyasından istifadə, sizləri layihələrinizin uğurla icrasında rəqabətcil liderə çevirə bilər. Təklif etdiyimiz Agile Metodologiya üzrə təlim proqramları və konsultasiya xidmətimiz layihərinizin icrasında sizə sürətli və praktik bir rəhbər olacaq. Agile həllərimiz sizlərə ümumi layihələrin və İT məhsullarının idarə edilməsi zamanı, agile yanaşmasının əsas elementləri olan, Scrum, Kanban, Extreme Programming kimi bir çox metod və yanaşmaları əhatə edir. 
Layihələrin idarə edilməsi
Biz sizə təcrübəli komandamız ilə layihərinizin tələblərə və məhdudiyyətlərə uyğun olaraq planlaşdırılmasında, koordinasiya və icra edilməsində beynalxalq təcrübənin tədbiq edilməsində dəstək ola bilərik. Layihənizin konseptuallaşdırmasından tamamlanmasına qədər olan əsas və ya bütün fəaliyyətləri əhatə edə biləcək konsultasiya və təlim ehtiyaclarınız üçün xidmət paketləri təklif edirik. 
Biznes Strategiyası və İnkişafı
Biznes və şirkətiniz üçün faydalı dəyişikliklər yarada bilən strateji planlaşdırma, bazar araşdırması, dəyişikliklərin idarə edilməsi və təşkilati transformasiyalar üzrə konsultasiya və təlim xidmətləri təklif edirik. Biz işimizdə öz sahəsində peşəkar olan mütəxəsisslərlə bir çox ölkədə və sənayedə əldə edilmiş ən yaxşı strategiya təcrübələrini təklif edirik.

Korporativ müştərilər

Xəbər