Texnologiya Həlləri

Təklif etdiyimiz həllər

Verilənlər bazasının idarə edilməsi
Biz verilənlər bazasının qurulması, inteqrasiyası, texniki dəstəyin verilməsi, monitorinqi, optimallaşdırması, təkmilləşdirmə və ya performansın artırılmsı kimi verilənlər bazasının tam idarəedilməsini təmin edirik.
İT Dəstək Xidmətləri
IT Dəstəyi xidmətlərimiz bütün növ kompüter və şəbəkə problemləri üzrə texniki dəstəyin verilməsini əhatə edir. Biz şirkətiniz üçün kompüter sistemlərinə nəzarət, help desk, şəbəkə, proqram təminatı və İT avadanlıqlarının quraşdırlması kimi texniki xidmətlərin göstərilməsini təmin edə bilərik.

İT İnfrastrukturun Qurulması
İT infrastrukturu üzrə konsaltinq xidmətlərimiz təşkilatlara İT infrastrukturunu optimallaşdırmağa və təkminləşdirməyə kömək edə bilən həlləri əhatə edir. Biz infrastrukturun layihələndirilməsi, həyata keçirilməsi və idarə edilməsi üzrə ekspert məsləhəti və xidmətini təqdim edirik. Konsaltinq xidmətlərimizə şəbəkə infrastrukturu, bulud hesablama, data təhlükəsizliyi və dataların saxlanması daxil olmaqla bir sıra sahələri əhatə edir. 
Kiber Təhlükəsizlik Xidmətləri
Kiber təhlükəsizliyi xidmətlərinə rəqəmsal aktivlərini kiber təhlükələrdən qorumağa kömək edə bilən fərqli həll yolları aitdir. Biz şirkətlərə kiber təhlükəsizliyi strategiyası, siyasəti, tədbiqi və idarə edilməsi üzrə ekspert məsləhəti və təlimatların hazırlanması dəstəyini veririk. Xidmətlərimiz şəbəkə, proqram, bulud və məlumat təhlükəsizliyi kimi fəqrli sahələri əhatə edə bilər.
İT Risklərinin İdarə Edilməsi
İT risklərinin idarə edilməsi xidmətlərimiz təşkilatlara İT risklərini müəyyən etmək, qiymətləndirmək və idarə etməkdə kömək etmək üçün hərtərəfli həllər təklif edir. Xidmətlərimiz risklərin qiymətləndirilməsi, siyasətin formalaşdırılması, riskin azaldılması strategiyaları, risklərin monitorinqi və hesabatı daxil olmaqla bir sıra sahələri əhatə edir. 
Girişə Nəzarət və Müşahidə Sistemləri
Girişə nəzarət və müşahidə sistemləri üzrə təklif etdiyimiz xidmətlər şirkətlərə fiziki və rəqəmsal aktivlərinə girişlərin idarəedilməsinə kömək edə bilən fərqli həllər təklif edir. Xidmətlərimiz girişə nəzarət sistemləri, müşahidə kameraları, müdaxilənin aşkarlanması sistemləri və təhlükəsizlik siqnalizasiya sistemləri daxil olmaqla bir sıra sahələri əhatə edir.

Korporativ müştərilər

Xəbər