Excel ilə Data Təhlil

Proqram haqqında

Excel ilə Data Təhlil proqramı Excel-in əsas funksiyalarını, formullarını və təhlil imkanlarını daha peşakar bilmək və tədbiq etmək istəyən şəxslər üçün nəzərdə tutulub. Bu təlim proqramı, sizə muhasibatlıq, data, maliyyə menecmenti, insan resursları və təchizat zəncirinin idarə edilməsi kimi sahələrdə karyera inkişafınız üçün yüksək səviyyəli hesabatlılıq və analiz bacarıqlarınızın olmasına kömək edəcəkdir. Funksiya və fomulları müxtəlif keyslər əsasında daha rahatlıqla mənimsəyə biləcəksiniz və fərqli sahələr üzrə olan mürəkkəb tapşırıqların həllində bir neçə funksiyya və formulanı tədbiq edərək daha çox təcrübə qazanacaqsınız. 
1 ay, 24 saat
Müddət
həftədə 6 saat
Təlimin qrafiki
ənənəvi / onlayn
Tədris Formatı
Azərbaycan dili
Tədris Dili

Niyə Gi Academy?

Xüsusi təlim proqramı Təlim proqramlarımız muasir tədris və peşəkar mütəxəssis yanaşması əsasında hazırlanmışdır. Bu da sizə daha keyfiyyətli tədris zəmanəti verir.
Karyera İmkanı Fəqrli mövzularda real layihələr işləməklə sizlər həm texniki həm də fərdi bacarıqlarınızı artırmaq imkanları əldə edirsiniz.
İnteraktiv Yanaşma Praktik tədris və real keys əsasında hazırlanmış təlim proqramı interaktiv tədris yanaşması ilə birgə sizlərə mövzuları daha asan və sürətli mənimsəməyə dəstək olur.

Proqram sizə nə qazandıracaq?

  • Excel ilə datalar üzərində manipulyasiya və təhlil apararaq ilkin analitik bacarıqlar formalaşdırmaq;
  • Əsas Excel funksiyaları və formulaları üzərində praktik bacarıqlar əldə etmək
  • Cədvəllər, tablo və qrafiklər daxil olmaqla funkiyanal təhlillər üçün xüsusi hesabatlar hazırlamaq;
  • AND, CHOOSE, INDIRECT, REPLACE, LEN, LEFT, FIND daxil olmaqla digər çətin funksiyalardan istifadə;
  • Ən vacib vasitələrdən biri olan Pivot Tables və Pivot Chart ilə dinamik hesabatları hazırlamaq;
  • IF, VLOOKUP, INDEX, MATCH kimi bir çox funksiyaları ilə dinamik formulları tətbiq etmək
  • Təhlil zamanı sütun və sətirləri formulalar ilə əhatə edə bilmək;

Təlim proqramı

Modul 1: Excel üzrə Təməl Biliklər

  • Excel-ə giriş
  • Dataların daxil edilməsi, redaktə edilməsi və formatlaşdırılması
  • Excel-də xanalar və diapazonlarla işləmək
  • Rəqəmlərin Formalaşdırlması
  • İş vərəqlərinin idarə edilməsi
  • Sətirlərın və Sütunların Dəyişdirilməsi
  • Avtomatik doldurma və fərdi siyahılar


Modul 2: Əsas Excel Bacarıqları

  • Kontur, Çeşidləmə, Filtr və Ara Cəm
  • Excel cədvəlləri
  • Şərti Formatlaşdırma
  • Elektron cədvəllərə qrafiklərin əlavə edilməsi
  • Əməkdaşlıq
  • Görüntü formatının dəyişdirilməsi
  • Çap işləri
  • Məlumatların qorunması


Modul 3: Əsas Excel Funksiyaları və Düsturları

  • Əsas Excel Formulaları
  • Hüceyrə istinadı
  • Məntiqi düsturlar
  • Riyaziyyat Düsturları
  • Axtarış və İstinad Formulaları
  • Statistik düsturlar
  • Mətn düsturları
  • Tarix və vaxt düsturları

Module 4: Data Təhlili və Hesabatlılıq

  • Data Alətləri
  • Pivot Cədvəlləri 
  • Excel qrafikinə giriş
  • Diaqramların Formatlaşdırılması
  • Dinamik qrafiklər

Modul 5: Final İmtahan

Final imtahanında, dataların təhlili, manipulyasiyası və hesabatların hazırlanmasında tələbənin Excel
proqramından istifadə üzrə nəzəri və praktik bacarıqları qiymətləndiriləcək.

Müəllimlərimiz

Qeydiyyatdan keç!

GI Academy ilə və tədris proqramlarımızla yaxından tanış olub, suallarınızına cavab tapmaq istəyirsinizsə formu indi doldur, biz sizinlə əlaqə saxlayaq.